
Dünya futbolu
208
3.11.2021, 23:00
"Barselona" razılığı ala bildi
"Barselona" "Əl-Sədd" ilə razılığa gələ bilib.
"Football-plus.az" saytının məlumatına görə, Kataloniya klubunun rəsmiləri baş məşqçi postuna Xavi Ernandesi gətirmək üçün Qətərə yollanıblar. İspaniya təmsilçisi Qətər klubuna 1 milyon avroluq təzminat haqqını ödəməyə razılıq verib. “Barselona” rəhbərliyi isə noyabrın 8-də Xavini baş məşqçi kimi təqdim etməyi planlaşdırır.