Bazar günü səfərdə “Miluoki”yə qalib gələn “San-Antonio” məğlubiyyət seriyasını 4-də saxladı.
Şənbə günü keçirilən “Bruklin” – “İndiana” oyununda isə önəmli hadisə baş verdi. “Bruklin”in ağır forvardı Lamarkus Oldric karyerası ərzində 20000-ci xal həddinə çatdı. “İndiana” ilə oyundan sonra 36 yaşlı amerikalının hesabında artıq 20011 xal var. Oldric MBA tarixinə 20 min xal həddinə çatan 48-ci basketbolçu kimi düşdü. Xatırladaq ki, o, bu ilin aprelində ürəyindəki problem üzündən karyerasını bitirdiyini elan etmişdi. Ancaq sentyabrda həkimlər basketbolçuya peşəkar səviyyədə basketbol oynamağa icazə verdiyindən “Bruklin”ə dönmək qərarı verdi.
“Bruklin” – “İndiana” oyunu ilə bağlı daha bir maraqlı məqam var. Meydan sahiblərinin forvardı Kevin Dürant rəqibin oyunçusu Ti Cey Makkonnel qaydanı pozandan sonra topu azarkeşlərə tərəf atıb. Oyunun gedişində texniki fol alan Dürant ardından 25 min dollar cərimələnib.