Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.
"Football-plus.az" saytının məlumatına görə, ilk yarış günündə 5 güləşçimiz xalçaya çıxıb.
Onlardan 4-ü - Həsən Məmmədli (63 kq), Qurban Qurbanov (77 kq), Məhəmməd Əhmədiyev (87 kq) və Sərxan Məmmədov (130 kq) yarışla erkən vidalaşıb.
Mübarizəyə ikinci mərhələdən qoşulan Nihad Quluzadə də startda sonuncu xal prinsipinə əsasən İran təmsilçisinə uduzub. Lakin onun rəqibi finala yüksəldiyi üçün Quluzadə noyabrın 2-də təsəlliverici görüşə çıxıb. O, əvvəlcə Özbəkistandan olan həmkarını üstələyib. Növbəti qarşılaşmada isə Ukrayna idmançısına qalib gəlib. Həlledici görüşdə ABŞ təmsilçisinə qalib gələn Nihad dünya çempionatının bürünc medalına sahib çıxıb.