Azərbaycan premyer-liqasının oyunlarına təyinat alan baş hakimlər və hakim köməkçiləri, 1-ci dvizionun oyunlarını idarə edən bir neçə hakim, həmçinin CBC Sport kanalının bir neçə operatoru Türkiyənin İstanbul şəhərində təşkil olunan seminarda iştirak edirlər.
"Football-plus.az" saytının məlumatına görə, seminarın məqsədi VAR otaqları ilə tanışlıq, VAR simulyatoru vasitəsilə praktiki məşğələlər və nəzəri biliklərin artırılmasıdı. Noyabrın 4-dək davam edəcək seminarın təlimatçıları Barış Şimşek, Burçin Keskin və Fritz Stuxlikdi.