21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Ozan Can Kökçünün Azərbaycan millisində oynamaq təklifini qəbul etmədiyini xəbər vermişdik.
“Football-plus.az” saytının məlumatına görə, hazırda “Telstar”da çıxış edən yarımmüdafiəçinin qardaşı Orkun Can Kökçu bu barədə Türkiyə Futbol Federasiyanın rəsmi saytına müsahibəsində danışıb.
Məsələ ilə bağlı AFFA-nın mövqeyini öyrəndik. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulladan Ozan Can Kökçünün milli komandamıza dəvət edilib-edilmədiyini soruşduq. AFFA rəsmisinin fikirləri belə oldu: