Müqaviləylə ''Şalke-04''ə məxsus olan və icarə əsasında ''Norviç''də top qovan Ozan Tufanın İngiltərə karyerasının uğurlu alındığını söyləmək çətindi.

Premyer-liqanın debütantı olan ''Norviç'' ötən həftəsonu öz meydanında ''Lids''lə qarşılaşdı. Hesab 1:1 olarkən qonaqlar məhz Ozanın səhvindən sonra topu elə keçirərək qələbə qolunu vurdular. Türkiyə yığmasının üzvü komandası müdafiədən hücuma çıxarkən nədənsə topu özündə çox saxladı və üstəlik Zidansayağı hərəkət etmək istəyərkən onu itirdi. Ozan bu hərəkətinə görə sosial şəbəkələrdə klubun fanatları tərəfindən tənqid atəşinə tutuldu. Ən sərt sözlər isə sabiq futbolçu Ceymi Rednappdan gəlib. O, ''Skay Sports''a bunları deyib: ''Ozan topla çox oynayır. Müdafiəçi belə etməməlidi. Onun səhvləri kluba baha başa gəlir. Ozan bəzi anlarda özünü Zidan hesab edir''. Qeyd edək ki, ''Norviç'' mövsümün əvvəlində helzenkirhenlilərə 4 milyon avro ödəyərək 20 yaşlı müdafiəçini birillik icarəyə götürüb. İstedadlı müdafiəçinin transfer dəyəri təxminən 15 milyon avro civarındadı. Ozan indiyə qədər ''Norviç''də 6 premyer-liqa matçının hamısında start heyətində meydana çıxıb və komanda bu oyunlardan 2 heç-heçə, 4 məğlubiyyətlə ayrılıb. Ümumiyyətlə, bu mövsüm hələ də qələbəsi olmayan ''Norviç'' 10 tura topladığı 2 xalla sonuncu pillədə qərarlaşıb.

Son xəbərlər

“Bu cür klubdan və məşqçidən təklif gəlirsə...”

İşdə məhəbbət macərası...

Federer şərhçi olacaq

Komandalar 2023-ün təqvimindən narazıdı

Maksim Medvedevə mükafat təqdim edildi

Arum Coşua – Füri döyüşünün baş tutacağına inanmır

“Araz Naxçıvan”ın hazırkı heyəti premyer-liqanın bir neçə klubu ilə mübarizə apara biləcək gücdədi” - Vadim Abdullayev

Həmyerlimiz Rusiya premyer-liqasında təyinat aldı

Sarver “Finiks”i satışa çıxardı

Cinsi azlıqları təhqir etdi, 40 min ödəyəcək

Abasovun köməkçiləri müəyyənləşdi

"Araz Naxçıvan" Türkiyədə turnirə qatılacaq

“Zaqatala”nın pulunun bir hissəsi köçürülüb

“Şamaxı” azarkeşlərin istəyini yerinə yetirdi

Dembele “Barselona” ilə ÇL-i qazanmaq istəyir - MÜSAHİBƏ

Pasveer 39 yaşında dünya çempionatında oynaya bilər

“Qarabağ”ın rəqibində itki

“Sumqayıt”ın yeni baş məşqçisi bəlli oldu

"Komanda inkişaf edir" - Canni De Byazi

“Futbolu sevməyimdə Nazim Süleymanovun oğlu olmağımın böyük rolu var” – LAYİHƏ

"Bu oyunda çox zəif oynadıq" - Maqomed Adıyev

Millimizin tarixində ilk!

Millimiz 3 xalı 3 qolla qazandı - YENİLƏNİB

“Neftçi” AFFA-dan xəbər gözləyir

Baqa “Sumqayıt”dan təzminat almayıb

Rabyoya daha bir müştəri

Qazaxıstanı ud, Avropa çempionatında iştirak şansı qazan! - KÖŞƏ

İdmançımız birinci oldu

Keytaya yeni təklif

"Qəbələ" - "Hayduk" matçının hakimləri müəyyənləşdi

Federasiya prezidenti idmançılarla görüşdü

Əməliyyatdan imtina etdi

Bernat PSJ-dən ayrılmağa yaxındı

“Barselona”da ciddi itkilər

“Yuventus”da istefa gözlənilir?

Sulşer ilə Ranqnik MY-ni xərcə salıblar

Azarkeşlər prezidenti istefaya çağırdılar

Fransa klubu cəzalandı

Bir ay oynamaya bilər

Sabah hər şey bəlli olacaq – Ya Tsaxadadze, ya da...

Milli formada 88 qola çatdı

“Kəpəz”in ev oyunlarını Gəncədə keçirəcəyi tarix məlumdu – ÖZƏL

Dzeko "İnter"dən ayrıla bilər

“Kəpəz” yenə çalxalanır - ÖZƏL

"İnter" "Barselona"nın yetirməsini istəyir

Bütün xəbərlər