Konfrans Liqasının 4-cü turunda "Qarabağ" səfərdə "Kayrat"ın qonağı olacaq.
"Football-plus.az" saytının məlumatına görə, Almatıdakı oyunu stadiondan izləmək istəyən həmyerlilərimiz üçün satışa bilet çıxıb.
Oyunu stadiondan izləmək və komandamıza dəstək olmaq istəyən azarkeşlərə "Kayrat" tərəfindən 26, 27 və 28-ci sektorlar ayrılıb. Bilet alarkən bunu nəzərə almağınız xahiş olunur
Qeyd edək ki, biletlərin qiyməti 2 min təngə, yəni 8 manatdı.