Türkiyə 1-ci liqasında 9-cu turun oyunları keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, Namik Ələskərovun forma geyindiyi "Bursaspor" Vüsal İsgəndərlinin çıxış etdiyi "Keçiörengücü" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Millimizin hər iki üzvü meydana start heyətində çıxıb. 53-cü dəqiqədə sarı vərəqə alan İsgəndərli 74-cü dəqiqədə Talha Yünkuşla əvəzlənib. Ondan 1 dəqiqə öncə isə Ələskərovun yerinə meydana Elton Akolatse daxil olub.