Bu həftə Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçiriləcək.
"Football-plus.az" saytının məlumatına görə, "Dinamo" doğma meydanda "Barselona"nı qəbul edəcək. Kataloniya təmsilçisi Kiyevə ciddi itkilərlə yollanır.
"Barselona"nın müdafiəçisi Xerar Pike və hücumçu Serxio Aquero komandaya kömək edə bilməyəcək. Hər iki futbolçu Ukrayna klubu ilə oyunun iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Dinamo" - "Barselona" görüşü noyabrın 3-də, saat 00.00-da başlayacaq.