Bu gün Azərbaycan Cüdo Federasiyasında növbədənkənar hesabat-seçki konfransı keçiriləcək.

Football-plus.az saytının məlumatına görə, konfrans saat 16:00-da Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutacaq.

Məlumata görə, növbədənkənar seçki federasiyanın rəhbərliyinin dəyişilməsi ilə bağlıdı. Bunun üçün artıq bir neçə namizəd irəli sürülüb. Seçki konfransında yeni prezidentin adının müəyyənləşəcəyi gözlənilir.

Federasiyanın baş katibi Elmar Babanlı “Qafqazinfo”ya açıqlamasında konfransın olacağını təsdiqləsə də, gündəlikdə hansı məsələnin olacağını açıqlamayıb.

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının hazırki prezidenti Rövnəq Abdullayevdir. O, 2015-ci ildən federasiyaya rəhbərlik edir. R.Abdullayev eyni zamanda AFFA-nın da prezidentidi.

Xatırladaq ki, Prezident İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin edərkən federasiyalardakı görülən işlərdən narazılığını dilə gətirmiş, dövlət başçısı yeni nazirə bu sahədə araşdırmaların aparılması ilə bağlı tapşırıq vermişdi. Onu da əlavə edək ki, cüdo yığmamız Tokio-2020 Olimpiya Oyunlarında uğursuz çıxışı ilə yadda qalmışdı. Növbədənkənar seçkinin bu səbəbdən keçirildiyi istisna deyil.

Xeyli müddətdir ki, ölkənin sayılıb-seçilən idmançıları, o cümlədən məşqçiləri tərəfindən Azərbaycan Cüdo Federasiyası ilə bağlı səsləndirilən ittihamların ardı-arası kəsilmir. Məsələn, bugünlərdə verdiyi açıqlamasında federasiyanı ağ yuyub, qara sərən Azərbaycan cüdo millisinin üzvü Elmar Qasımov rəhbərlik tərəfindən maaşlarının, mükafatlarının kəsildiyini iddia edib:

[quote] "Kimin maaşını istəyirlər kəsirlər. Bəhanə gətirirlər ki, məşqə gecikmisən. 2017-ci ildə dünya çempionatında yer tutanda da eyni şeyi etmişdilər. Mükafatlarımızı 18 min manat az vermişdilər. Adamın həvəsi qalmır bu cür hadisələrdən sonra. Olimpiya ikincisi, dünya və Avropa çempionatlarının mükafatçısıyam, amma 800 manat maaş alıram, bu da ancaq yol pulu edir. Deyə bilmərəm ki, maaşı kəsməklə hamıya haqsızlıq edirlər, amma haqsızlığa uğrayan çox adam var. Rəhbərlik də ürəyi nə istəyir onu edir". [/quote]

Görünən odu ki, həm bu tip narazılıqlar, həm də kişilərdən ibarət cüdo millimizin Tokio-2020 Yay Olimpiya Oyunlarındakı uğursuz çıxışı Azərbaycan Cüdo Federasiyasının rəhbərliyində kadr dəyişikliyinin aparılmasını üçün zəmin yaradıb. Belə ki, Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, 2015-ci ilin sentyabrından Azərbaycan Cüdo Federasiyasının prezidenti vəzifəsini icra edən Azərbaycan Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev federasiyada yaşanan ciddi yeyinti və digər neqativ hallar səbəbindən tutduğu postdan kənarlaşdırılıb. Bu barədə Hurriyyet.az-ı bilgiləndirən mənbə iddia edir ki, Rövnəq Abdullayevlə birlikdə onun Azərbaycan Cüdo Federasiyasının rəhbər vəzifələrinə yerləşdirdiyi şəxslər də qovulub. Mənbə qeyd edib ki, Rövnəq Abdullayevin yerinə, yəni federasiya prezidenti postuna rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev təyin olunub.

Məlumatda o da deyilir ki, bugünlərdə, daha doğrusu noyabrın 4-də təhvil-təslim reallaşacaq. Onu da nəzərinizə çatdıraq ki, Cüdo Federasiyası ilə birlikdə, boks, taekvondo və güləş federasiyaları da Rəşad Nəbiyevə verilib:

[quote] "Böyük ehtimalla, təhvil-təslim prosesindən sonra Rəşad Nəbiyev Azərbaycan Cüdo Federasiyasında ciddi kadr dəyişikliklərinə start verəcək. Bu isə o deməkdir ki, federasiya Rövnəq Abdullayevin dəstəsindən təmizləncək".[quote][/quote]

Son xəbərlər

"Sumqayıt" bu futbolçunu yola saldı, yerinə portuqaliyalı gətirir

Millimiz Avropada 1-ci oldu

Avropa çempionatında 1 gündə 2 medal

6-cı dəfə icarəyə verildi

"Qəbələ" Türkiyəyə yollandı

Qurban Qurbanovun Çempionlar Liqası üçün xüsusi planı - TƏHLİL

Madriddən Pireyə yollandı

Millimizin oyunlarının vaxtı bəlli oldu

Millimiz Superfinalda!

“IronWind 70.3” yarışının qalibləri müəyyənləşib

İtaliya futbolu tarixində ilk

Mirabdulla ilə Fəhminin taleləri necə olacaq? - AÇIQLAMA

Ağır xəstəliyə məğlub oldu…

İspaniya klubu 40 yaşlı futbolçu ilə müqavilə imzaladı

O da “İnter”dən “Montsa”ya keçdi

"Zirə" Sərtanla davam edir

Superkubok matçı harda keçiriləcək?

Ronaldo ÇL-də oynamaq istədiyi üçün...

Türkiyə klubu "Qarabağ"ın əsas üzvünü transfer etmək istəyib

Həsrət Məmmədyarov: "Komandamla fəxr edirəm"

Sampaolinin xələfinin kimliyi bilindi

Ruan Renato buna söz verdi

Cavid Hüseynov serb məşqçini yanında istəyir - ÖZƏL

Cenk 3-cü dəfə ''Beşiktaş''a gəldi

Tayson məhbəs günlərindən danışdı

"Qarabağ" rəsmisi səhmlərin 300 minə satılmasına etiraz etdi

"Fənərbaxça"nın Avstriya toplanışına kimlər aparılmadı?

"Araz-Naxçıvan" "Sabah"ın hansı futbolçularını transfer edir? - AÇIQLAMA

Yokiç MBA tarixinə düşdü

“Qalatasaray” yeni anlaşma ilə rekord qıracaq

Bu şəxs "Sumqayıt"ın yeni idman direktoru olacaq

TFF-nin Kuntsa qarşı yeni şərtləri var!

"Formula-1"in sabiq rəhbərinin Putin sevgisi

Moldova millisinin üzvü Azərbaycan klubunda - ÖZƏL

“Trabzonspor” Nvakaemenin boşluğunu onunla dolduracaq

“Kəpəz” 3 legionerlə güclənir: 2 gürcü, 1 iranlı - ÖZƏL

Jurnalistlər arasında komanda şəklində şahmat çempionatı keçiriləcək

Pyaniç ümidləri doğrulda bilməməsini nə ilə izah etdi?

Nurlan İbrahimovun vəkili bu quruma məktub göndərəcək

Hemiltonun Britaniya “Qran-pri”sində iştirakına qadağa qoyula bilərmiş

Qurban Qurbanov: "Hazırlığımızdan tam razı qala bilmərəm" - VİDEO

Amerikalı jurnalistdən rusiyalı idmançı ilə bağlı şok təklif

Millimiz Maltaya uduzdu

Güləşçimiz Avropa çempionatının finalında

Karpin ilə müqavilə yeniləndi

Bütün xəbərlər