Son günlər MHL-də buz üzərində yaşananlar yox, nəhəng seks qalmaqalı gündəmdədi.

11 il əvvəl “Çikaqo”nun düşərgəsində baş verən hadisənin təfərrüatı indi açıqlanıb. Belə ki, həmin vaxt bu komandada videoməşqçi kimi çalışan Bred Oldriç porno qoşaraq kanadalı hücumçu Kayl Biçin gözü önündə masturbasiya edib. Oldriç hokkeyçiyə təhdid mesajı yazaraq, onunla cinsi əlaqədə olmağı da tələb edib. Biç olaydan baş məşqçini xəbərdar etsə də, o, hokkeyçini günahkar çıxarıb. Kanadalı hücumçu oktyabrın 27-də TSN-ə verdiyi müsahibədə bunları deyib:

“Bilirəm ki, seksual zorakılığa təkcə mən məruz qalmamışam. Bu sirri 11 il saxladım. Baxmayaraq ki, içimi dağıdırdı. İstəyirəm ki, hamı tək olmadığımı bilsin. Belə hadisə baş verəndə danışmaq lazımdı”.


Kayl bu il mayın 13-də anonim şəkildə məhkəməyə müraciət edib. MHL artıq həmin vaxt olaya hansısa şəkildə reaksiya verməyən “Çikaqo”ya 2 milyon dollar cərimə kəsib. “Çikaqo”nu elə 2010-da tərk edən Oldriç Miçiqan ştatındakı məktəblərin birinin hokkey komandasında məşqçi kimi çalışıb. Bir müddət sonra seksual xarakterli cinayətə görə 9 aylıq həbs cəzası alıb.

Hazırda Almaniyada çıxış edən 31 yaşlı Biçin məhkəməyə müraciətinin ardından qalmaqalın qurbanları artır. Artıq baş menecer Sten Boumen “Çikaqo”nu tərk edib. İşini itirənlərdən biri də yeni mövsümün ilk 7 oyununda 7 qələbə qazanan “Florida”nın baş məşqçisi, 2010-da isə “Çikaqo”nun “sükanı arxasında” olan Coel Kennevilldi. “Florida”nın prezidenti və baş direktoru Mett Kolduell baş məşqçinin öz arzusu ilə işdən ayrılmasına belə münasibət bildirib:

“Seks qalmaqalı ilə bağlı hesabat açıqlanandan sonra onu ciddi şəkildə təhlil etdik. Bunlar “Florida”nın tapındığı dəyərlərə ziddi. Kayl Biçin “Çikaqo”da olarkən yaşadıqları dözülməzdi”.[
/b]

Artıq MHL-in komissarı Qeri Bettmen də qalmaqala münasibət bildirib:

[b]
“MHL Coel Kennevillin “Florida”nın baş məşqçi vəzifəsindən istefası ilə bağlı bugünkü qərarından razıdı. O “Çikaqo”nun baş məşqçisi olarkən komandanın sabiq oyunçusu Kayl Biçin 2010-da məşqçi Bred Oldriç tərəfindən seksual zorakılığa məruz qalmasıyla bağlı iddiasına düzgün reaksiya verməyənlərdən biridi. Bu gün mənim ofisimdə cənab Kennevill ilə keçirilən görüşdən sonra tərəflər razılaşdı ki, onun “Florida”nın baş məşqçisi kimi çalışması yersizdi. Cəsurluğuna görə Kayl Biçə heyranam. Eyni zamanda vaxtilə iddiası dəstəklənmədiyinə görə məyusam. Hadisədən 11 il keçib, yaşadıqlarına görə ondan üzr istəyirəm. Hazırda MHL-in Kennevillə münasibətdə başqa cəzasına ehtiyac yoxdu. Ancaq gələcəkdə hansısa statusda MHL-də çalışmaq istəyərsə, görüşməyimiz lazım gələcək”.

Son xəbərlər

Eşli Yanq komandada qaldı

"Mançester Yunayted" Ronaldonu satmaq üçün bu şərti qoydu

İsrail klubunun futbolçusu Azərbaycanda

PSJ yeni hücumçu transfer edir

"Polşaya qayıda bildiyimə görə sevindim" - Marko Veşoviç

"Yuventus" futbolçusunu satdı

Super Liqada mövsümün püşkü atıldı

Premyer-liqa klubunda yeni müqavilə

Teymur Rəcəbov son görüşdə qələbə qazandı

"Çox çətin olacaq" - Qurban Qurbanov

"Trabzonspor" premyer-liqa klubundan futbolçu transfer etdi

“Neftçi”yə qarşı oynamaq mənim üçün asan deyildi" - Rəhman Hacıyev

"Marsel"in yeni baş məşqçisi məlum oldu

"Lex" "Qarabağ" kimi komandalardan qorxmamalıdı" - Jezniçak

Dadaşov "Vulverhempton"la məşqlərə başladı

"Burada yaxşı qollar vurmuşam" - Ağabala Ramazanov

"Qəbələ"nin rəqibi "Real Sosyedad"ın futbolçusunu heyətinə qatdı

"Barselona"növbəti transferini açıqladı

Elmar Baxşıyev “Fehervar”la bağlı ətraflı bilgiyə malik deyil - MÜSAHİBƏ

Kataloniyalılar La Liqaya ...itlə gəlir

Bu məqam "Qarabağ"ın oyununa gələn azarkeşlərin sayına təsir edə bilər? - AÇIQLAMA

Elnur Allahverdiyev: "Qarabağ”ın olduğu yerdə “Neftçi”nin ikinci pillədə qərarlaşması yaxşıdı” - MÜSAHİBƏ

"İndi daha güclüyük" - "Lex"in kapitanı

"Çempionlar Liqasında zəif məşqçi yoxdu" - "Lex"in baş məşqçisi

Ten Haq Ferqyusonun yolu ilə gedir

Tofiq Bəhramovun ruhu şad oldumu? - KÖŞƏ

"Zirə"də növbəti ayrılıq

Həvəskarlar arasında turnir keçirilir

"Neftçi" daha bir israilli futbolçunu transfer edir - İDDİA

Premyer-liqa klubu qazax və avstriyalı futbolçunu baxışa dəvət edib - ÖZƏL

"Qarabağ" azarkeşlərinə müraciət etdi

"Sumqayıt" yeni transferinin müqaviləsinin detallarını açıqladı

"İdman saytları olduqca fəaldırlar" - MEDİA-nın icraçı direktoru

Emil Balayevin Qazaxıstan macərası alınmadı

Daha bir rumın mütəxəssis Azərbaycana gəldi

AFFA "Zirə"nin şikayətini təmin etmədi

Çempionlar Liqasında Azərbaycan təmsilçisi bu klubla qarşılaşmayacaq

"Neftçi" gürcüstanlı müdafiəçinin müqaviləsinin detallarını açıqladı

Bu futbolçu "Sumqayıt"ın tarixinə düşdü

"Feyenoord"un sabiq üzvü Azərbaycan klubunun hədəfində

Millimiz Belarusda hazırlıq keçəcək

Azərbaycan klubu məşqə çıxan futbolçular üçün qurban kəsdi - VİDEO

"Qarabağ"ın oyununda anşlaq olacaq

"Kəpəz" Bakıda məsələlərə başladı

Gürcüstan millisinin üzvü rəsmən "Neftçi"də

Bütün xəbərlər