Polşa çempionatında 13-cü turun oyunları keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, Mahir Emrelinin çıxış etdiyi "Legiya" doğma meydanda "Paqon"la qarşılaşıb - 0:2. Matçdan sonra azarkeşlər Varşava təmsilçisinin "sükanı arxasına" Stanislav Çerçesovun qaytarılmasını tələb edib. Oyun ərzində fanatlar "Stasu Çerçesov!" şüarını səsləndiriblər.
Qeyd edək ki, Çerçesov 2015/16 mövsümündə "Legiya"ya Polşa çempionluğu və ölkə kubokunu qazandırıb.