Polşa çempionatında 13-cü turun oyunları keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, Mahir Emrelinin çıxış etdiyi "Legiya" doğma meydanda "Paqon"a 0:2 hesabı ilə uduzub.
Millimizin hücumçusu mübarizəyə start heyətinə başlayıb və 61-ci dəqiqədə əvəzlənərək meydanı tərk edib.
Qeyd edək ki, rəqiblərindən 2 oyun az keçirən "Legiya" 13 turdan sonra 9 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb.