Rusiya çempionatında 13-cü turun oyunları keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, Azər Əliyevin şərəfini qoruduğu “Ufa” "Axmat"la qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Azərbaycanlı futbolçu mübarizəyə start heyətində başlayıb və 86 dəqiqə meydanda olub.
Qeyd edək ki, “Ufa” 13 turdan sonra 13 xalla 16 klub arasında 13-cü pillədə qərarlaşıb.