
Dünya futbolu / MARAQLI / Manşet
227
31.10.2021, 20:00
Kristensenin məsələsi ilə bağlı 180 dərəcəlik dəyişmə
Bu günlərdə “Çelsi”nin Andreas Kristensenlə yolları ayırmağa yaxın olması ilə bağlı yayılan xəbər artıq mənasını itirib.
İngiltərə mənbələri tərəflərin yeni müqavilə üçün danışıqları hələ avqust ayında dayandırdıqlarını xəbər vermişdi. 25 yaşlı müdafiəçinin komandada qalmaq istədiyini, lakin klubun onunla yeni sözləşmə imzalamaqla bağlı danışıqları bərpa etməyə meyilli olmadığı bildirilmişdi.
Ancaq bu gün yayılan xəbər əvvəlki informasiyanın 180 dərəcə əksini göstərir. Belə ki, insayder Nikolo Skira rəhbərliyin hazırkı müqaviləsinin müddəti 2022-ci ilin yayına qədər olan danimarkalı oyunçu ilə əməkdaşlığı davam etdirəcəyini bildirib. O, 25 yaşlı Andreasın yeni sözləşməsinin 2026-cı ilə qədər razılaşdırıldığını deyib.