"Araz-Naxçıvan" futzal üzrə Çempionlar Liqasının əsas mərhələsində sonuncu oyununa çıxıb.
"Football-plus.az" saytının məlumatına görə, qrupdan çıxmaq şanslarını itirən Joze Alesio Da Silvanın çalışdırdığı təmsilçimiz üçüncü matçda "Ligeni"si ilə qarşılaşıb. Matç 6:6 hesabı ilə yekunlaşıb.
31 oktyabr
"Ligeni" (Kosovo) - Araz-Naxçıvan (Azərbaycan) - 6:6
Qollar: Şkipeon Brahimi, 13, 34, Anton Uka, 19, Arber Şkodra, 26, Xorxe Stiven Abril Qarsiya, 36, Yulian Diaz, 40- İsa Atayev, 7; 25, Felipinyo, 10, Maneka,10, Ramiz Çovdarov, 12, David Qustavo, 23
Qeyd edək ki, B qrupunun digər qarşılaşmasında növbəti mərhələyə vəsiqəni təmin etmiş "Uraqan" "Yunayted Qalati" ilə üz-üzə gələcək.