“Sabah”ın yeni baş məqşçisi, dünən ikiillik müqaviləyə imza atan Muraq Musayev bu gün “tələbələr”in oyununu izləmək üçün Qəbələyə yollanacaq.
Bunu “Football-plus.az” a açıqlamasında klubun mətbuat katibi Elnur Həmidov deyib. O, onu da söylədi ki, yeni çalışdırıcı qarşılaşmanı tribunadan izləyəcək. Komandanı meydana İqor Ponomoryov çıxaracaq. Matçdan sonra təşkil olunacaq mətbuat konfransında isə jurnalistlərin qarşısına köməkçi-məşqçi Rəşad Hüseynov çıxacaq.