Kriştiano Ronaldo nə futboldan doyur, nə də rekordlardan!
“Mançester Yunayted”in və Portuqaliya millisinin hücumçusu 2026-cı ildə keçiriləcək dünya çempionatında oynamaq niyyətindədi! Bu xəbəri “The Sun” qəzeti yayıb. 36 yaşlı futbolçu fiziki cəhətdən yaxşı formada olduğunu hesab edir və Amerika qitəsində ABŞ, Kanada və Meksikanın şərikli keçirəcəyi turnirdə iştirak etməyi hədəfləyir.
Qeyd edək ki, Ronaldo 2022-ci ildə Qətərdə təşkil ediləcək dünya çempionatında iştirak edərsə, 6-cı mundialda oynamış olacaq. İddiasına söz ola bilməz. Amma bu da varki 2026-cı ildə Kriştianonun 41 yaşı olacaq...