“Sabah”da yeni baş məşqçi təyinatı gerçəkləşib.
"Football-plus.az" saytının məlumatına görə, rusiyalı mütəxəssis Murad Musayev əsas komandanın çalışdırıcısı olub. 37 yaşlı mütəxəssislə 2 illik müqavilə bağlanıb. Murad Musayevin son iş yeri Rusiyanın “Krasnodar” klubu olub (2018-2021).
Yeni məşqçi komandada işinə gələn həftə başlayacaq.