Dünən Rusiya çempionatının 13-cü turuna start verilib.
“Zenit” – “Dinamo” matçı ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə nəticələnib. Meydan sahibləri bu nəticə ilə turnir cədvəlində liderliyini bir qədər də möhkəmləndirib.
“Dinamo” ilə matç Artyom Dzyuba üçün əlamətdar olub. 69-cu dəqiqədə hesabı 3:1-ə çatdıran təcrübəli hücumçu Rusiya çempionatında 144-cü qolunu vurmaqla bu turnirin ən yaxşı bombardiri olub. Premyer-liqada 375 oyun keçirən Dzyuba əvvəlki rekordçu Oleq Veretennikovu (274 oyuna 143 qol) arxada qoyub.
33 yaşlı Artyom premyer-liqada ardıcıl 6-cı oyunda rəqib qapısına yol tapıb. Onun “Zenit”in ən yaxşı bombardirlərinin siyahısında 2-ci yerə yüksəldiyini də qeyd edək. Vladimir Kuliki (101) arxada qoyan milli futbolçu indi 102 qolla yalnız klubun rekordçusu Aleksandr Kerjakovdan (163) geri qalır.