
AİJF-nin komandası Tiflisdə beşinci oldu
Gürcüstanın paytaxtı Tiflisdə məşhur futbol şərhçisi Kote Maxaradzenin xatirəsinə həsr olunan idman jurnalistləri arasında Beynəlxalq Media Kuboku keçirilib.
Ölkəmizi yarışda Azərbaycanı İdman Jurnalistləri Federasiyasının (AİJF) yığması təmsil edib. B qrupunda yer alan kollektiv ilk görüşdə Ukrayna (Kiyev) komandasına uduzub - 2:4. Yığmanın hər iki qolunu Xanoğlan İmanov vurub. Litva ilə qarşılaşmada Asəf Zeynallı, Mirbağırağa Cəfəri və Etibar Tağıyevin qolları ilə qələbə qazanılıb - 3:1. Qrupdakı son görüş isə Moldovaya qarşı olub. Bu matçda yığmanı heç-heçə də qane edirdi. Lakin rəqib peşəkar futbolçuların xidmətindən istifadə edib. Onlardan biri "Tiras" mini-futbol komandasında çıxış edən yarımmüdafiəçi Sergey Orsul olub. 37 yaşlı oyunçu qondarma Dnestryanı mini-futbol liqasında mübarizə aparır. AİJF rəhbərliyi etirazını bildirsə də, təşkilatçılar qalmaqalı böyütməməyi xahiş ediblər. Onlar başverənlərə görə üzürxahlıq ediblər və Moldovanı növbəti turnirə çağırmayacaqlarını bildiriblər. Görüş Moldovanın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycanın hər iki qolunu Etibar Tağıyev vurub. Rəqib komandadan isə 4 qola məhz Orsul imza atıb.
Beləliklə, qrupda 3-cü yeri tutan AİJF yığması 5-ci yer uğrunda görüşə çıxıb. Rəqib A qrupunun üçüncüsü Ukrayna (Odessa) olub. Oyunun əsas vaxtı 4:4 hesabı ilə yekunlaşıb. Komandamızdan qolları Asəf Zeynallı, Etibar Tağıyev, Firuz Abdulla və Xanoğlan İmanov vurub. Penalti seriyasında isə AİJF 6:5 hesabı ilə qalib gələrək, 8 iştirakçı arasında 5-ci yeri tutub. Turnirin qalibi adını Moldova qazanıb.
Qeyd edək ki, Beynəlxalq Media Kubokunda koronavirusdan vəfat edən tanınmış jurnalist Elnur Əşrəfoğlunun xatirəsi anılıb. Azərbaycan komandası ilk oyununa üzərində Elnur Əşrəfoğlunun fotosu və "We will never forget you" (Səni heç vaxt unutmayacağıq) sözləri yazılan pankartla çıxıb. Mükafatlandırma mərasimində isə Əşrəfoğlu adına xatirə hədiyyəsi təqdim olunub. Həmin mükafat 5 qol və 4 məhsuldar ötürmə müəllifi, qazaxıstanlı Adılbek Jakanova verilib.
Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) idarə heyətinin sədri Qabil Mehdiyevin fikirləri: