Bu gün premyer-liqanın “şah əsəri” sayılan “Qarabağ” - “Neftçi” oyunu keçiriləcək.
Redaksiyamıza daxil olan məlumata görə, qarşılaşma bir çoxlarının maraq dairəsindədi. Oyunu izləyənlər arasında yüksək çinli şəxslər olacaq. Gənclər və idman naziri Fərid Qayıbovun da tribunada yer alacağı deyilir.
İnformasiyanı dəqiqləşdirmək üçün “Qarabağ”ın mətbuat katibi Gündüz Abbaszadə ilə əlaqə saxladıq. Sualımız isə sadə idi: “Qarabağ” - “Neftçi” matçını izləmək üçün hansısa nazirlikdən kluba müraciət olub? Gündüz bəyin cavabı belə oldu:
“Yox, bizə bu məsələ ilə bağlı məlumat verilməyib. Amma təkcə Fərid Qayıbova yox, istənilən qonağa qapımız həmişə açıqdı. Onu yüksək səviyyədə qarşılayacağımıza şübhəniz olmasın”.
İLKİN SULTANLI