Futbol üzrə Portuqaliya çempionatında 10-cu turun oyunları start götürüb.
"Football-plus.az" saytının məlumatına görə, Renat Dadaşovun çıxış etdiyi “Tondela” da növbəti matçına çıxıb.
Millimizin hücumçusunun komandası səfərdə “Aroka” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:0.
Renat da bu qarşılaşmanın iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 24-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Tondela” 10 turdan sonra 9 xalla 18 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.