Bu gün AFFA-nın inzibati binasında “Zəfər Kuboku” turnirinin püşkü atılıb.
"Football-plus.az" saytının məlumatına görə, 2-3 noyabr tarixlərində keçiriləcək turnirdə 8 premyer-liqa klublarının əməkdaşlarından ibarət komandalar və AFFA ilə PFL komandaları mübarizə aparacaq. Oyunlar Bakı Olimpiya Stadionunun ərazisində yerləşən “Sportster Arena”da təşkil olunacaq.