Syerra-Leonenin qadınlardan ibarət futbol yığmasının baş məşqçisi Abdulay Bax vəzifəsindən kənarlaşdırılıb.
"BBC Sport" xəbər verir ki, mütəxəssis futbolçulara qarşı cinsi təcavüzdə və onlara hədə-qorxu gəlməkdə ittiham olunur. Federasiyanın vitse-prezidenti bildirib ki, qurumda təcavüz iddiası ilə bağlı mesajların surətləri var. Baxın özü peşə fəaliyyətindən uzaqlaşdırılmağa razılaşsa da, ittihamların yalan və əsassız olduğunu söyləyib.
Xatırladaq ki, daha əvvəl Venesuelanın qadınlardan ibarət futbol yığmasının üzvləri keçmiş baş məşqçi Kennet Seremeti analoji hərəkətlərdə ittiham ediblər. Prokurorluq həmin mütəxəssisə qarşı cinayət işi açıb.
Koronavirus. Polşa futbol yığmasının baş məşqçisi Paulu Souza koronavirusa yoluxub. 51 yaşlı mütəxəssisin ilk testi müsbət nəticələnib. Portuqaliya baş məºqçi infeksiyanın tam təsdiqlənməsi üçün ikinci dəfə test verib. Hələlik onun nəticəsi bəlli deyil.
Qeyd edək ki, Polşa yığması noyabrda DÇ-2022-nin seçmə mərhələ matçlarında Andorra və Macarıstan ilə üz-üzə gələcək.