
Dünya futbolu
229
29.10.2021, 18:40
Verrattinin zədəsi ciddi imiş…
Marko Verrattinin aldığı zədənin ciddi olduğu açıqlanıb.
PSJ-nin oyunçusu Liqa 1-in 11-ci turunun “Marsel”lə bazar günü keçirilən matçında sıradan çıxmışdı.
Klubun rəsmi saytının yaydığı xəbərə görə, italiyalı yarımmüdafiəçi bud əzələsindən xəsarət alıb və o, 4 həftə meydana çıxa bilməyəcək. Bu isə o deməkdi ki, 29 yaşlı futbolçu parislilərin Çempionlar Liqasının qrup mərhələsində “Leyptsiq”lə səfər oyununu, həmçinin 3 çempionat matçını buraxacaq. Verratti İtaliya yığmasına DÇ-2022-nin seçmə turnirinin İsveçrə və Şimali İrlandiya ilə matçlarında da kömək edə bilməyəcək