“Legiya”nın sabiq hücumçu Voytsex Kovalçikin Varşava təmsilçisinin bir neçə futbolçusunu spirtli içki qəbul etməkdə ittiham etdiyini xəbər vermişdik.
"Football-plus.az" saytının məlumatına görə, siyahıda Mahir Emrelinin də adı var idi. Amma millimizin hücumçusu içki içmədiyini bildirərək, bu iddianı təkzib etmişdi.
Dünən isə Polşanın yerli saytlarından biri Emrelinin komanda yoldaşı Yoel Abu Hanna ilə içki içərkən fotosunu yayıb. Şəkilin avqustda çəkildiyi də qeyd olunub.