
Dünya futbolu
502
29.10.2021, 12:50
"Mahir Emreli də Mixneviç kimidi" - Voytsex Kovalçik
"Legiya" Voytsex Kovalçiki məhkəməyə vermək qərarına gəlib.
"Football-plus.az" saytının məlumatına görə, sabiq hücumçu Varşava təmsilçisinin bir neçə futbolçusunu spirtli içki qəbul etməkdə ittiham edir. Bunların sırasında həmyerlimiz Mahir Emreli də var.
Kovalçik yerli mətbuata verdiyi açıqlamada bunları deyib:"Legiya"nın zəif çıxış etməsinə görə yalnız baş məşqçi Çeslav Mixneviç komandadan kənarlaşdırılıb. Təbii, məşqçini uzaqlaşdırmaq, futbolçuları qovmaqdan asandı. Mahir Emreli də Mixneviç kimidi. Avrokuboklarda əla, liqada isə bərbaddı".