Daha bir boksçumuz Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə qoşulub.
“Football-plus.az” saytının məlumatına görə, mundialın dördüncü günündə Məhəmməd Abdullayev (+92 kq) rinqə çıxıb.
1/6 finalda Yonas Yazeviçyusla (Litva) üz-üzə gələn təmsilçimiz rəqibini 5:0 (29:28, 30:27, 30:27, 29:28, 30:27) hesabı ilə məğlub. O, növbəti qarşılaşmasına oktyabrın 31-də çıxacaq. Rəqib serbiyalı Vladan Babiç olacaq.
Qeyd edək ki, dünya çempionatının beşinci günündə iki boksçumuz rinqə çıxacaq. Tayfur Əliyev (60 kq) Simone Spada (İtaliya), Sərxan Əliyev (71 kq) isə Stefen Nevnslə (Şotlandiya) döyüşəcək.