Nəhayət, “Mançester Siti”nin İngiltərə Liqa Kubokundakı qələbə seriyasını qıran tapılıb.
Xosep Qvardiolanın çalışdırdığı komanda dünən bu turnirin 4-cü mərhələsində uğursuzluğa düçar olub. MS ilə “Vest Hem” arasındakı matçda qol vurulmayıb və penalti seriyasında London təmsilçisi 5:3 hesabı ilə qalib gəlib. Bununla da “şəhərlilər”in Liqa Kubokundakı 4 illik zəfər seriyası qırılıb. Xatırladaq ki, Qvardiolanın komandası bu turnirdə sonuncu dəfə 2016-cı ildə əzəli rəqibi “Mançester Yunayted”ə uduzmuşdu (0:1).