PSJ-nin oyunçusu, necə deyərlər, durduğu yerdə 200 avro ziyana düşüb.
Bununla bağlı yayılan ilk xəbərlərdə adı çəkilməyən futbolçunun fahişə-transvestit tərəfindən soyulduğu bildirilib. Hadisə çərşənbə axşamı günü axşam saatlarında baş verib. Futbolçu maşınını Parisin qərbindəki şəhər parkında, Bulon meşəsindəki işıqforlardan biri yaxınlığında dayandırıb. Avtomobilə əyləşən fahişə-transvestit onun pul kisəsi ilə telefonunu ələ keçirib. Cinsi azlığın nümayəndəsi futbolçudan telefonu əvəzində onu müəyyən yerə aparmağı tələb edib.
Yerli mənbələr sonrakı xəbərlərdə soyğuna məruz qalan oyunçunun Ander Errera olduğunu bildirib. PSJ-nin 200 avro ziyana düşən 32 yaşlı yarımmüdafiəçisi artıq polisə şikayət edib.