"Araz-Naxçıvan" bu gün Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə qoşulacaq.
“Football-plus.az” xəbər verir ki, 6-cı qrupda yer alan Azərbaycan çempionu ilk görüşünə çıxacaq. Joze Alesio da Silvanın yetirmələri yerli “Uraqan”la qarşılaşacaq.
Qeyd edək ki, qarşılaşma "CBC Sport" kanalı vasitəsi ilə canlı yayınlanacaq. Bu məlumatı Futzal Federasiyasının rəsmi saytı yayıb.
Çempionlar Liqası
Əsas mərhələ, 6-cı qrup
“Uraqan” (Ukrayna) – “Araz-Naxçıvan”
Hakimlər: Josip Barton (Şimali Makedoniya), Dejan Veseliç (Sloveniya), Kristiano Joze Kardoso Santos (Portuqaliya).
Saniyəölçən: Denis Kutsi (Ukrayna).
Hakim-inspektor: Patrik Villemark (Belçika).
UEFA nümayəndəsi: Stefan Kammerer (Almaniya).
28 oktyabr. İvano-Franskovski. Saat 20.00