"Barselona" baş məşqçi Ronald Kumanla yolları ayırıb.
"Football-plus.az" saytının məlumatına görə, klub bu qərarı İspaniya çempionatının son turunda səfərdə "Rayo Valyekano"ya 0:1 hesabı ilə uduzmasından sonra verib.
Qeyd edək ki, təcrübəli çalışdırıcı 2020-ci il avqustun 19-dan Kataloniya təmsilçisinə rəhbərlik edirdi.