Sabah Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində ilk oyununa çıxacaq “Araz-Naxçıvan” “Uraqan”la qarşılaşacaq.
"Football-plus.az" saytının məlumatına görə, təmsilçimiz Ukrayna çempionu ilə matçın son hazırlığını yekunlaşdırıb və baş məşqçi Joze Alesio Da Silva komandanın vəziyyəti, eləcə də rəqib haqda federasiyyanın rəsmi saytına açıqlama verib:
Əlbəttə, sabahkı oyun çox əhəmiyyətlidi. Çətin olacaq. Bu gün axşam da videoya baxacağıq. Müəyyən tapşırıqlar verəcəm oyunçularıma.
“Uraqan”ın bir neçə oyununa baxmışam. Sıradan rəqib deyil. Əksinə, güclü komandadı. Kollektiv şəkildə əla çıxış edirlər, fərdi bacarıqlarına görə seçilən oyunçuları var. Bir neçə müddətdi bir yerdə çıxış edirələr ki, bu da onların üstünlükləridi. Dörd oyunçusu ölkəsinin milli komandasının üzvüdü. Bir sözlə, komanda şəklində çox güclüdülər. Həm də nəzərə almaq lazımdı ki, istənilən turnirin, çempionatın ilk oyunu çox çətin keçir. Hətta belə qarşılaşmaları “kilid matç” da adlandırırlar. “Uraqan” bu mübarizəyə doğma meydanda başlayacaq, azarkeşlərin dəstəyini hiss edəcək.
İlk məşqdən sonra örtüyün sürüşkən olduğunu deyə bilərəm. Məncə, sabah oyun zamanı bunu hiss etməyəcəyik. Çünki ilk dəfə idi bu zalda məşq edirdik”.