"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba İngiltərə çempionatının 9-cu turunda "Liverpul"la oyunda (0:5) qırmızı vərəqə aldığı üçün cəzalandırılıb.
"Football-plus.az" saytının məlumatına görə, fransalı futbolçu ikinci hissənin əvvəlində meydana daxil olub və 14 dəqiqə sonra mersisaydlıaların yarımmüdafiəçisi Nabi Keytaya qarşı qayda pozuntusu etdiyinə görə meydandan kənarlaşdırılıb.
Bu gün isə oyunçunun cəzası bəlli olub. Bu haqda klubun mətbuat xidməti xəbər yayıb. Belə ki, Mançester təmsilçisi 3 premyer-liqa matçında Poqbanın xidmətindən məhrum olacaq.