"Əl-Sədd"in yarımmüdafiəçisi Santi Kasorla klubunun baş məşqçisi Xavinin "Barselona"da işləməyə hazır olduğuna inanır."Football-plus.az" saytının məlumatına görə, ispanilyalı futbolçu bu haqda nüfuzlu "Marka" nəşrinə açıqlama verib:"Xavi, tam hazırdı. Bu, onun arzusudu. Onu həmişə beynində saxlayır. "Barselona"nı ondan daha yaxşı tanıyan az adam var".