Serbiyada təşkil olunan boks üzrə dünya çempionatı davam edir.
"Football-plus.az" saytının məlumatına görə, daha bir təmsilçimiz mübarizəyə qoşulub.
86 kq-da çıxış edən Alfonso Dominges 1/16 finalda AIBA bayrağı altında yarışan Tavfiqulla Suleymani ilə üz-üzə gəlib.
İlk raundda rəqibini 2 dəfə noqdauna salan Azərbaycan təmsilçisi yekunda 5:0 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib.
Qeyd edək ki, boksçularımızdan Məsud Yusifzadə (51 kq) və Malik Həsənov (63,5 kq) ilk görüşlərini qələbə ilə başa vurublar. Ümid Rüstəmov (57 kq) və Rauf Rəhimov (92 kq) isə məğlub olaraq turnirlə vidalaşıblar.