Şövkət Orduxanovun adını daşıyan Qusar şəhər stadionunun neçə illərdi təmirə bağlandığından xəbəriniz var.
Ancaq arenada heç bir iş aparılmırdı. Bu üzdən rayonu Region Liqasında təmsil edən komandalar ev oyunlarını gah Sumqayıtda, gah da Siyəzəndə keçirmək məcburiyyətində qalmışdılar. Deyəsən, “Şövkət Orduxanov”un başı üzərindəki qara buludlar dağılmaq üzrədi. Belə ki, bugünlərdə əldə etdiymiz məlumata görə, təxminən 1 aya yaxındı stadionda təmir işlərinə start verilib. Bizə məlumat ötürən şəxs onu da bildirdi ki, Qusarın coğrafi mövqeyi nəzərə alınaraq arenaya süni örtük salınacaq, tribunaların azarkeş tutumu isə bir qədər artırılacaq.
Məsələyə aydınlıq gətirmək üçün yeni mövsümdə Region Liqasında çıxış edəcək rayonun eyniadlı komandasının baş məşqçisi Kamran Əlibabayevlə əlaqə saxladıq:
RƏŞAD