Qazaxıstan Futbol Federasiyası "Astana"nın baş məşqçisi Andrey Tixonovu cəzalandırıb.
"Football-plus.az" saytının məlumatına görə, buna səbəb komandanın "Kayrat"a 0:1 hesabı ilə uduzduqdan sonra rəqibə hörmətsizlik etməsi olub. Çalışdırıcı ilk hissənin sonunda futbolçularını meydandan çıxarıb. Beləliklə, matçda məcburi fasilə olub. Federasiya bu hərəkətinə görə Tixonovu öz bayrağı altında keçirdiyi yarışlardan 2 il müddətinə uzaqlaşdırıb.