Moldova kubokunda 1/8 final mərhələsinin oyunları baş tutub.
"Football-plus.az" saytının məlumatına görə, həmyerlimiz Orxan Qurbanlının çıxış etdiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.
Kollektiv “Spartanni” ilə qarşılaşıb. Tiraspol təmsilçisi bu oyundan qələbə ilə ayrılıb - 3:1.
Qeyd edək ki, Orxan bu görüşün iştirakçısı olub. O, komandanın start heyətində meydana çıxıb və 67-ci dəqiqədə əvəzlənib.