"Barselona" baş məşqçisi Ronald Kumanı istefaya göndərməyə hazırlaşır.
"Football-plus.az" saytının məlumatına görə, klub bu posta "Liverpul"un çalışdırıcı Yurgen Kloppu gətirmək istəyir. Ancaq Kloppun bu təklifə müsbət baxmadığı bildirilir. Mütəxəssis "Barselona"nın ona daha səbirlə davranacağını düşünmür. Buna görə də o, İspaniyada işləməyi istəmir.
Qeyd edək ki, Klubda baş məşqçi vəzifəsinə əsas namizədlərdən birinin "Əl-Sədd"in (Qətər) çalışdırıcısı Xavinin olduğu vurğulanıb.