Ötən bazar günü ''Mançester Yunayted''in premyer-liqada öz meydanında ''Liverpul''la oyunda 5 cavabsız qol buraxaraq yaşadığı tarixi məğlubiyyət futbol dünyasında gündəmi zəbt etməkdə davam edir.
Təbii ki, ''Yunayted''in əfsanələri də bu məğlubiyyətə biganə qalmayıblar. Sabiq kapitan Harri Nevill günahın baş məşqçi Ole Qunnar Sulşerdə olmadığını söyləməklə fanatların qəzəbinə tuş gəlib. Ən sərt açıqlamanı Pol Skoulz verib. O, fasilədə meydana çıxdıqdan 14 dəqiqə sonra qırmızı vərəqə alaraq komandasını azlıqda qoyan Pol Poqbanı belə desək, yıxıb-sürüyüb:
Bu arada ''Yunayted''in daha bir əfsanəsi Rio Ferdinand da öz paylaşımı ilə diqqət çəkib. ''Tvitter''də bir paylaşım edən 43 yaşlı sabiq futbolçu ''Yunayted'' - ''Liverpul'' oyununa görə xəstəxanalıq olduğunu yazıb:
Skoulz Poqbanı ''sürüdü'', Ferdinand xəstəxanalıq oldu
''Poqba meydana guya komandaya kömək etmək üçün çıxmışdı. Amma əvəzində axmaq bir hərəkətinə görə meydandan qovuldu. Bu vəziyyətdə mənə çox maraqlıdı, Sulşer postunda qalsa, biz Poqbanı yenidən meydanda görəcəyikmi? O, komandaya xaos və gərginlikdən başqa heç nə vermir. Düzdü, Poqba çox istedadlıdı və hər məşqçi ona güvənir. Amma işə bu cür yanaşma tərzi və yeni müqaviləyə imza atmaq istəməməsi azmış kimi meydana çıxıb bu cür hərəkət edir. Düşünmürəm ki, bundan sonra o oynamasa, ''Yunayted'' nəsə itirəcək. Son hərəkəti ilə Poqba həm məşqçisinə, həm də komanda yoldaşlarına hörmət etmədiyini göstərərək böyük bir intizamsızlıq nümunəsi sərgilədi''.
''Bu 60 dəqiqə mənim xəstəxanaya düşməyimə səbəb oldu. Lənət olsun…''