"Legiya" dünən baş məşqçi Çeslav Mixneviçi istefaya göndərib.
"Football-plus.az" saytının məlumatına görə, yeni məşqçi Marek Qolebiyevskinin təqdimat mərasimində Varşava təmsilçisinin idman direktoru Radoslav Kuxarski komandanın çıxışı və Mahir Emreli haqda danışıb:
"Mahir Emrelinin "Legiya"ya keçidində sabiq baş məşqçi Çeslav Mixneviçin də rolu olub. Mahir "Slaviya" və "Bude-Qlimt"ə qarşı matçlarda vacib qollar vurdu O, komandaya hücumda çox xeyir verir. Bunu nəzərə almaq lazımdı. Yayda 7 futbolçu ilə yeni müqavilə bağlamadıq, bunun sayəsində yeni transferlər üçün büdcə yarandı. Abu Hanna və Mahir Emreli yayda bizə ilk qoşulanlar oldu. Bəziləri sənəd problemləri üzündən komandaya gec gəldi. Yəni ciddi itki ilə üzləşmədik, əvəzində daha yaxşılarını aldıq.Bu gün məni ötən mövsüm Polşa çempionluğu uğrunda mübarizədə həlledici rol oynamış futbolçuların formadan xeyli düşmələri narahat edir. Söhbət Tomas Pekhart, Filip Mladenoviç və Lukinyasdan gedir. Bu oyunçular həmin qarşılaşmalarda hücumda fərqlənən futbolçulardı. Bu gün biz elə bir vəziyyətdəyik ki, qollarımızı daha çox komandamızın ən gənc oyunçularından olan Emreli və Muçi vurur".