“Traktor” İran çempionatında növbəti matçına çıxıb.
“Football-plus.az” xəbər verir ki, Təbriz təmsilçisi doğma meydanda “Sanat Naft” ilə qarşılaşıb. Mövsümə məğlubiyyətlə başlayan "qurdlar" bu dəfə böyükhesablı qələbə qazanıb – 3:0. Maraqlıdı ki, təbrizlilərin qollarını Azərbaycanda oynamış futbolçular vurub. "Sumqayıt"ın sabiq futbolçusu Peyman Babayi dubl edib. Oyunda son nöqtəni isə "Neftçi"nin sabiq oyunçusu Saman Nərimancahan qoyub.
Xatırladaq ki, “Traktor” iki turdan sonra 3 xalla 16 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.