Azərbaycanın futzal üzrə Çempionlar Liqasının əsas mərhələsindəki təmsilçisi “Araz-Naxçıvan”ın heyətində dəyişiklik edilib.
“Football-plus.az” Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yüksək Liqanın 4-cü turu çərçivəsində keçirilmiş “Xilə” ilə oyunda zədələnərək meydanı erkən tərk edən İsaq Suğalının zədəsi ciddi olduğu üçün futzalçı heyətdən kənarlaşdırılıb. Onu Tofiq Mikayılov əvəzləyəcək. Qeyd edək ki, Rizvan Fərzəliyev də zədəli olduğuna görə komanda ilə birlikdə səfərə çıxa bilməyəcək.
Təmsilçimiz səfərə bu heyətlə yollanacaq: Rövşən Hüseynov, Emin Kürdov, Ramiz Çovdarov, Xətai Bağırov, İsa Atayev, Nurlan Mehdizadə, Hadi Əhmədi, Əmir Şocayi, Maneka, Felipinyo, David Qustavo, Murilo Borges, Tofiq Mikayılov