Belqradda kişi boksçular arasında dünya çempionatına start verilib.
"Football-plus.az" saytının məlumatına görə, yarışın ilk günündə Azərbaycan millisinin bir üzvü rinqə çıxıb.
Ümid Rüstəmov (57 kq) 1/32 final çərçivəsində kubalı Osvel Kaballero Qarsiya (Kuba) ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə başa çatıb.
Bu gün millimizin heyətində Məsud Yusifzadə (51 kq) Enxmandağ Xarxuu (Monqolustan) ilə, Malik Həsənov (63,5) Xuan Reyes Donislə (Qvatemala) və Rauf Rəhimov (92 kq) Luis Uilliamsla (İngiltərə) döyüşəcək.