İspaniya çempionatında 9-cu turun görüşləri keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, "Barselona" "Real"la qarşılaşıb. Kataloniya təmsilçisi görüşdən 1:2 hesabı ilə məğlub ayrılıb.
Ev sahibinin azarkeşləri oyundan sonra komandanın baş məşqçisi Ronald Kumana etirazını bildiriblər. Kuman “Kamp Nou” stadionunu avtomobiliylə tərk edən zaman azarkeşlər onun yolunu kəsib və narazılıqlarını bildiriblər. Kuman hadisə yerindən ayrıla bilib.
Qeyd edək ki, “Barselona" Kumana qarşı edilən bu hərəkətin hörmətsizlik olduğunu bildirən bəyanat yayıb.