Almaniya çempionatında 9-cu turun oyunları keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, "Bavariya" "Hoffenhaym"la qarşılaşıb. Münhen təmsilçisi görüşdən 4:0 hesablı qələbə ilə ayrılıb. Bu matçda "Bavariya" yeni rekorda imza atıb.
Beləliklə, Münhen klubu Bundesliqanın ilk 9 oyununda artıq 33 qol vurub ki, bu da turnirin bütün tarixində rekord göstəricidi.