Rusiyalı boksçu İlya Medvedev ayının hücumundan sonra süni koma vəziyyətində olsa da, həyatı ilə bağlı təhlükə yoxdu.
Bu haqda idmançının şəxsi məşqçisi Dmitri Kosenko danışıb:
"İlya hələ ki süni koma vəziyyətindədi. Həkimlərin dediyinə görə, onun həyatına təhlükə yoxdu. Ancaq özünüz ayının hücumundan sonra hansı zədələrin ola biləcəyini anlayırsız. Və İlyanı çox uzun bərpa prosesi gözləyir. Müstəntiqlər hücum faktını araşdırırlar, yaxınlarda bununla bağlı detallı açıqlama olacaq. Hər şey qəfil alınıb, İlya həqiqətən də ayıya bıçaq zərbəsi endirib”.
Xatırladaq ki, boksçu iki dostu ilə birgə balıq ovundan qayıdarkən ayı onlara hücum edib. Boksçunun yoldaşlarından biri hücum zamanı həyatını itirib, digəri qaça bilib.