Polşa çempionatında 12-ci turun oyunları keçirilir.
"Football-plus.az" saytının məlumatına görə, Mahir Emrelinin çıxış etdiyi "Legiya" səfərdə "Piast"la üz-üzə gəlib və 1:4 hesabı ilə uduzub. Millimizin hücumçusu mübarizəyə start heyətində başlayıb. O, matçın sonunadək meydanda olub.
24 oktyabr
Piast - Legiya 4:1
Qollar: A.Toril, 10; 14; 60. N.Stojiljkoviç, 87 - E.Muci.
Vərəqə: P. Sokolovski, 64. M. Munoz, 89. - F. Mladenoviç,26. B. Slisz, 90+2 (sarı)